ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara razılıq verməyəcəyi təqdirdə hücumların daha da genişləndiriləcəyini açıqlayıb.
Amerika telekanallarından birinə müsahibə verən Tramp bildirib ki, Tehran danışıqlar masasına oturmasa, növbəti hədəflər enerji stansiyaları və körpülər olacaq.
"Qarşıdakı həftə onlar üçün çox pis keçəcək. Növbə enerji stansiyalarına, daha sonra isə körpülərə çatacaq. Danışıqlara razılaşmayacaqları təqdirdə bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik", – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin ABŞ-nin son hücumlarından sonra İran ordusunun imkanlarının xeyli zəiflədiyini iddia edib. Onun sözlərinə görə, hərbi əməliyyatlar özü qəar verənə qədər davam edəcək.
ABŞ prezidentinin sözlərinə görə, son günlər Vaşinqtonun nümayəndələri İran rəsmiləri ilə təmas saxlayırlar. Tramp Tehrana göndərilən mesajın "Razılaşma əldə etsəniz yaxşı olar, əks halda əlinizdə heç nə qalmayacaq" məzmununda olduğunu bildirib.
"AzPolitika.info"

Şərhlər