Menu

General-leytenant intihar etdi

06.01.2015, 16:25
General-leytenant intihar etdi

Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Anatoli Kudryavtsev intihar edib.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, mədə xərçəngi diaqnozu ilə müalicə alan general bədənindəki ağrılara dözə bilmədiyi üçün özünü öldürüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kudryatsev qapının cəftəsinə bağladığı məftillə özünü asıb.

77 yaşlı general-leytenant özünə qəsd etməzdən öncə yazdığı məktubda ölümünə görə heç kimin onu mühakimə etməməsini və artıq 4-cü mərhələdə olan xəstəliyin doğurduğu ağrılara dözə bilmədiyi üçün intihar etdiyini yazıb.

Bundan öncə, xərçəng xəstəlyindən əziyyət çəkən Rusiya Dəniz Donanmasının kontr-admiralı Vyaçeslav Apanasenko da intihar edib.

O, ölümqabağı məktubunda federal proqram üzrə ona verilməli olan ağrıkəsicilərin verilməməsinə etiraz əlaməti olaraq bu addımı atdığnıı yazmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol