"ASAN xidmət", ilk növbədə, korrupsiyaya qarşı islahatdır.
Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, "ASAN xidmət" yaradılarkən buradakı əsas prinsiplər şəffaflıq, operativlik, əlçatanlılıq və bürokratiyasızlıq olub:
"Təbii ki, bütün bunların hamısı korrupsiyaya qarşı mübarizə siyasətinin əsas tərkib hissəsidir".
Ü.Mehdiyev bildirib ki, dövlət "ASAN xidmət" modelini yaratmaqla vətəndaşlara öz hüquqlarını həyata keçirmək üçün imkan yaratmış oldu: "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri içərisində bir neçə məqsəd var ki, Azərbaycanın "ASAN xidmət" modeli birbaşa buna xidmət edir. Şübhəsiz, bu da Azərbaycanın beynəlxalq reytinqinə müsbət töhfə verir. Eyni zamanda, "ASAN xidmət" rəqəmsal transformasiyanın əsas komponentidir. Çünki Azərbaycanda bu modelin qurulması ilə rəqəmsal transformasiyaya start verilmiş oldu".

Şərhlər
"Asan xidmət" yeni yaranarken çox mükəmməl fəaliyyət göstərirdi.Demək olar ki ,nöqsanslz.Bu gün binu demek qeyri mümkündür,çünki şexsen menim rastlaşdığımmməsələlərdə "Asan xudmetde " fəaliyyət göstərən "Azerişıq","Azersu" ve "Emlak məsələləri xidməti" qurumları demək olar ki Azerbaycan qanunlarını pozur,onlara əməl etmir ve Vətəndaşkarı dövlətdən narazı salırlar.Bu qurumlsr Vətəndaşa yox öz rəhbərlırinə qullyq edirlər .Bu usə ölkə başçısının Siyasətinə ziddir.