Rusiya miqrantlara qarşı qadağaları və nəzarət mexanizmlərini daha da sərtləşdirir.
“AzPolitika” xəbər verir ki, Rusiya daxili işlər nazirinin müavini İqor Zubov Rusiyaya gələn miqrantların izləmə tətbiqi olan mobil telefon alması tələb olunacaq. Zubov bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin iclasında bildirib. O deyib ki, bu, ilk növbədə uzunmüddətli qalma və ya iş üçün gələn əcnəbilərə aiddir.
"Hər bir miqrant qeydiyyatdan keçərkən telefon almalıdır... Bu telefonda onların elektron profili olacaq. Və biz hər bir miqrantın yerini biləcəyik", - deyə Zubov bildirib.
Daxili İşlər Nazirinin müavini qeyd edib ki, bu tədbirlər miqrantların "nəzarətsiz bir yerdən digərinə köçməsinin və ya yaşayış yerini dəyişdirməsinin" qarşısını alacaq.
2025-ci ilin sentyabr ayından etibarən Moskvada və ətraf bölgədə yaşayan miqrantlardan yer məlumatlarını polisə ötürən "Amina" tətbiqini quraşdırmaq tələb olunur. Üç iş günü ərzində qeydiyyatdakı yaşayış yerində olmazsa, əcnəbi avtomatik olaraq Daxili İşlər Nazirliyinin reyestrindən çıxarılır. Bundan sonra miqrantın bank xidmətlərinə çıxışı və mənzil kirayəsi bloklanır və o, həmçinin Rusiyadan çıxarıla bilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin dekabr ayının ortalarına qədər 139.000-dən çox insan geoməlumat çatışmazlığı səbəbindən “Amina” tətbiqində qeydiyyatdan çıxarılıb. Rusiyaya vizasız gələn bütün miqrantlar tətbiqi quraşdırmalıdırlar. Bunlara Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları daxildir.
Qeyd edək ki, 2026-cı ilin əvvəlinə qədər Rusiyada işləyən əcnəbilərin sayı illik müqayisədə 10% azalaraq 5,7 milyona düşüb. Rusiya getdikcə miqrantlar və qeyri-ruslar üçün az qala “Gestapo”-ya çevrildiyindən, bu sayın daha da azalacağı gözlənilir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər