Menu

Tehran ABŞ ilə danışıqların bərpası nəzərdən keçirmir - İran XİN sözçüsü

16.07.2026, 12:19
Tehran ABŞ ilə danışıqların bərpası nəzərdən keçirmir  - İran XİN sözçüsü

Hazırda Tehran Vaşinqtonla danışıqların bərpası imkanını nəzərdən keçirmir.

"AzPolitika" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Hazırda danışıqlar üçün heç bir planımız yoxdur, diqqətimizi müdafiəyə yönəltmişik," - diplomat jurnalistlərə bildirib.

O vurğulayıb ki, ölkənin silahlı qüvvələri hər hansı təcavüzə uyğun cavab verməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Bəqai həmçinin xatırladıb ki, Tehran və Vaşinqton arasında anlaşma memorandumu qarşılıqlı öhdəlikləri əhatə edir. Onun sözlərinə görə, İran digər tərəf vədlərini yerinə yetirməsə, razılaşmaların özünə aid hissəsinə əməl etməyəcək.

"Əgər pozuntular olarsa, biz də öhdəliklərimizi yerinə yetirməyəcəyik," - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol