Donetsk şəhəri yaxınlığında Rusiya və Ukraynanın ordu hissələri arasında ağır döyüşlər başlayıb. Davam edən bu döyüşlər zamanı Rusiyanın elit hərbi birləşmələrindən olan Kantemirovsk tank briqadasının əlahiddə bölüyü böyük itkilər verib. Belə ki, Ukraynanın “Oplot” tanklarının açdığı atəş nəticəsində Rusiyanın üç tankı məhv edilib.
AzPolitika.info Ukrayna KİV-lərinə istinadən bildirir ki, bu barədə məlumat rus hərbçilərinin öz aralarında apardıqları danışıqların tutulması nəticəsində əldə edilib.
Ukraynalı bloqqer Oleq Yaremçuk bu barədə yazır:
”Donetsk yaxınlığında rayon. Motoatıcı batalyonun və Kantemirovsk tank qvardiyasının 4-cü əlahiddə rotası yerləşdiyi rayon ərazisində çevik əməliyyat aparan zaman Ukrayna Hərbi Qüvvələrinə məxsus olan 3 tank (onların ikisi “Oplot” tankı) tank əleyhinə idarə olunan raket və 2 zirehli transpotyorun atəşinə məruz qalıb. Cavab atəşindən sonra Ukrayna qüvvələri geriyə çəkiliblər. Nəticədə rusların iki tankı sıradan çıxarılıb, biri isə tamamilə məhv edilib.”
Qeyd edək ki, Kantemirovsk tank briqadasının sıraları T-90 və T-80 tankları ilə təchiz edilib.
V.Nəsibov


Şərhlər