Menu

“Qarabağ”ın bugünkü matçı canlı yayımlanmaya bilər

16.07.2026, 15:44
“Qarabağ”ın bugünkü matçı canlı yayımlanmaya bilər

“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəyi matç ölkəmizdə canlı yayımlanmaya bilər.

“AzPolitika” xəbər verir ki, buna səbəb islandların “CBC Sport”dan yayım üçün yüksək ödəniş tələb etməsi və bir neçə şərt qoymasıdır.

“CBC Sport”dan verilən məlumata görə, hazırda danışıqlar davam edir.

İslandiya tərəfinin irəli sürdüyü şərtlər nə kanalı, nə də “Qarabağ” tərəfini razı salır.

Qeyd edək ki, “Vestri” – “Qarabağ” matçı bu gecə saat 00:00-da oynanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol