Menu

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə 

17.07.2026, 02:13
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə 

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

"AzPolitika" xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol