Ukrayna PUA-larının ötən gecə Moskva vilayətindəki neft anbarını və “Wildberries” logistika mərkəzini vurmasından sonra Moskva vilayətinin bir hissəsinin üzərini qalın qara buludlar örtüb.
“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayımlanıb.
Peyk görüntülərinə görə, tüstünün mənbəyi Noginsk şəhərinin yerləşdiyi bölgənin şərq hissəsindədir. Tüstü cənuba doğru yayılır və digər yerlərdə olduğu kimi Domodedovo hava limanının yaxınlığında da görünür.
Ukrayna Prezidenti Volodimir Zelenski “Wildberries” anbarlarına edilən hücumu “Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarına cavab” adlandırıb.
O, bildirib ki, həmin anbarlardan "təcavüzkar tərəfindən dron istehsalı və naviqasiya avadanlığı üçün sanksiyalı komponentlərin tədarükünü təmin etmək üçün istifadə edilib".
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) July 13, 2024
— Newsfeed (@Newsfeed883920) July 18, 2026

Şərhlər