İspaniya Futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıblar.
"AzPolitika"nın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində İspaniya ilk qola sevinib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb.
İkinci hissə Argentina oyunçularının kobudluğu və gərgin oyunla yadda qalıb.
Bunun nəticəsi olaraq əsas vaxtın son dəqiqələrində Argentina millisi 1 nəfər azlıqda qalıb. Enzo Fernandez 90+3-cü dəqiqədə gördüyü 2-ci sarı kartdan sonra qırmızı vərəqə ilə cəzalanaraq oyunu tərk edib.
Görüşün əsas vaxtı qolsuz bitib və matç əlavə vaxta gedib.
Əlavə vaxtın ilk hissəsində də qapılara qol vurulmayıb.
Əlavə vaxtın ikinci yarısı başlar-başlamaz İspaniya millisi hesabı açıb. 106-cı dəqiqədə Fernan Torres qapını dəqiq nişan alıb - 1:0.
Oyun bu hesabla başa çatıb və İspaniya millisi tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.

Şərhlər