Menu

Tramp və Sançesdən maraqlı görüntü - FOTO

20.07.2026, 11:18
Tramp və Sançesdən maraqlı görüntü - FOTO

ABŞ Prezidenti Donald Tramp və İspaniyanın Baş naziri Pedro Sançes son aylarda yaşanan diplomatik gərginlikdən sonra ilk dəfə üz-üzə gəliblər.

Liderlər ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife stadionunda keçirilən İspaniya–Argentina dünya çempionatının finalı öncəsi protokol tribunasında görüşərək əl sıxıblar. 

Onların qısa söhbəti beynəlxalq medianın diqqət mərkəzində olub.

Tramp və Sançes arasında münasibətlər əsasən NATO-nun müdafiə xərcləri, ticarət siyasəti və İran məsələsinə görə gərginləşmişdi. Buna baxmayaraq, iki liderin əl sıxması İspaniya və beynəlxalq mətbuatda diplomatik baxımdan simvolik addım kimi qiymətləndirilib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol