ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı itkilərin sayı artıb.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çəlumat verib.
Məlumata əsasən, iyulun 18-də İraqın şimalında keçirilən əməliyyat zamanı daha bir amerikalı hərbçi öldürülüb. Hadisə İran istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatına məxsus partlamamış döyüş sursatlarının nəzarətli şəkildə məhv edilməsi zamanı baş verən partlayış nəticəsində baş verib. Partlayış zamanı daha bir hərbçi yüngül xəsarət alıb və ona tibbi yardım göstərilib.
Beləliklə, Vaşinqtonun rəsmi açıqlamalarına əsasən, İranla qarşıdurma çərçivəsində öldürülən ABŞ hərbçilərinin sayı 17-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl CENTCOM İordaniyada yerləşən ABŞ hərbi obyektinə endirilən raket hücumu nəticəsində iki hərbçinin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü açıqlamışdı. Daha sonra hadisə yerində aşkarlanan insan qalıqlarının itkin düşən hərbçiyə aid ola biləcəyi bildirilib.
Elman
"AzPolitika.info"

Şərhlər