Rusiyanın Ukraynanın mülki infrastruktur və dəniz nəqliyyatını hədəf alan növbəti hücumu faciə ilə nəticələnib. Ukrayna Dəniz Limanları Administrasiyasının (AMPU) yaydığı son məlumata görə, Rusiyanın mülki gəmiyə endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 10 nəfərə yüksəlib.
Hücumdan dərhal sonra başlayan axtarış-xilasetmə tədbirləri bütün gecə boyu fasiləsiz olaraq davam etdirilib. Hadisə yerinə cəlb olunan xüsusi xidmət orqanlarının səyləri nəticəsində zərbə alan mülki gəmidə baş verən güclü yanğın lokallaşdırılıb.
Əməliyyat zamanı gəmi heyətinin 8 üzvünü xilas etmək mümkün olub. Onlar operativ şəkildə təhlükəsiz zonaya təxliyə edilərək sahilə çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir.
AMPU faciəvi şəkildə həlak olanlar arasında ukraynalı bosmanın (gəmi bələdçisi) da olduğunu təsdiqləyib. Beynəlxalq konvensiyalara zidd olaraq mülki gəmiçilik infrastrukturunun və heyətinin hədəf alınması regionda humanitar və logistik böhranı daha da dərinləşdirir.
Hadisə ilə bağlı rəsmi araşdırmalar və ərazidəki təhlükəsizlik tədbirləri davam etdirilir.
“AzPolitika.info”

Şərhlər