Menu

Bakıda mağazada döyülən qadın danışdı + VİDEO

20.07.2026, 21:08
Bakıda mağazada döyülən qadın danışdı + VİDEO

Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edilib.

"AzPolitika" xəbər verir ki, zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov onu təqib edərək dəfələrlə öldürəcəyi ilə hədələyib:

“Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi. İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam”.

Daha ətraflı Xəzər TV-nin süjetində:


Şərhlər

Eli 2026-07-20 21:05:29

Adamdan soruşmazlar ki bu şexz send hede qorxu gəlibsə sən niyə bir də o maöazaya gedursən səbəb nədir?

Eli 2026-07-20 20:59:23

Bu adam səbəbsizmi bu axmaq hərəkətləri edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol