Çin lideri Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında Rusiya, Belarus, Qazaxıstan və daha 26 ölkə ilə birgə qlobal süni intellekt ittifaqı yaratdıqlarını bəyan edib.
"AzPolitika" xəbər verir ki, Çin rəhbəri süni intellektin daima insan nəzarətində qalmasını təmin etmək üçün müvafiq normativ aktların və operativ reaksiya sistemlərinin tətbiqinin vacibliyini vurğulayıb.
Beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışan Si Cinpin qeyd edib:
"Biz Çində tez-tez deyirik: bir tel musiqi çalmaz, bir ağac meşə olmaz. Süni intellektin inkişafı beynəlxalq əməkdaşlıq simfoniyasına çevrilməlidir".

Şərhlər