Menu

QIZDIRMADAN ÖLƏN qadınla bağlı rəsmi AÇIQLAMA

20.07.2026, 16:27
QIZDIRMADAN ÖLƏN qadınla bağlı rəsmi AÇIQLAMA

"Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1980-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş qızdırma, dəqiqləşdirilməmiş komatoz vəziyyəti diaqnozları təyin olunub".

"AzPolitika" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ona zəruri tibbi xidmətlər göstərilib:

"Lakin o, tibbi müdaxilələrə cavab verməyib və saat 19:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol