Ukrayna Nazirlər Kabineti iyulun 20-də Yevgeni Xmaranın Müdafiə nazirinin müavini və nazir əvəzi vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Prezident Volodimir Zelenski Xmaranın bu postu tutması təşəbbüsü ilə iyulun 16-da çıxış etsə də, prosedura uyğun olaraq qərar hökumət tərəfindən rəsmiləşdirilməli idi. Nazirlər Kabinetinin müvafiq sərəncamları iyulun 20-dən etibarən qüvvəyə minib.
Yevgeni Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (XTD) "Alfa" xüsusi təyinatlı mərkəzinə rəhbərlik edib və SBU rəhbəri vəzifəsini icra edib. "Alfa" bölməsi Müdafiə Qüvvələri tərkibində pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi sahəsində ən effektiv strukturlardan biri hesab olunur. Rusiya ərazisindəki neft emalı zavodlarına endirilən uzaqmənzilli zərbələrin, eləcə də ötən il keçirilən məşhur "Hörümçək toru" ("Pautina") əməliyyatının məhz bu qurum tərəfindən həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, Yevgeni Xmaranın tam hüquqlu Müdafiə naziri təyin edilməsi üçün Ali Radanın (parlamentin) rəsmi səsverməsi və təsdiqi tələb olunur.
“AzPolitika.info”

Şərhlər