Menu

Bu universitetdə 6 kafedra ləğv olundu - 14 yeni müdir təyin edildi

21.07.2026, 22:25
Bu universitetdə 6 kafedra ləğv olundu - 14 yeni müdir təyin edildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əsaslı struktur və kadr islahatları aparılıb.

"AzPolitika" xəbər verir ki, bunu Ölkə.az-a ali məktəbin rektoru, dosent Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, ADNSU-da 6 kafedra ləğv edilib, digərləri isə yenidən təşkil olunub: “Nəticədə kafedraların sayı 24-dən 18-ə endirilib. 14 kafedraya yeni müdir təyin olunub. Hazırda kafedra müdirlərinin orta yaşı 45-ə yaxındır. Əvvəllər bu 60-dan çox idi”.

Rektor deyib ki, son bir ildə ADNSU-da 30-dan çox gəncə vəzifə verilib. Bundan başqa, ali məktəbə 3 yeni prorektor təyin olunub ki, onların da hamısı gənclərdir.

Şərhlər

Eli 2026-07-21 16:17:56

Xeyirli uğurlu olsun.SSRİ dönemində ittifaq miqyasında ve dünya masştabında olan nüfuz və hörmtini qaytarar inşəAllah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol