Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir.
"AzPolitika" Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.
"Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, Almaniya şirkətləri Azərbaycanda fəal işləyir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Almaniya kapitalı olan 200-dən çox şirkət fəaliyyət göstərir.
"Əminəm ki, bugünkü danışıqlardan sonra onların sayı artacaq", - Azərbaycan Prezidenti deyib.
Azərbaycan lideri qeyd edib ki, bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox büyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox büyük uğurlar əldə ediblər.
Dövlət başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaq.
Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.

Şərhlər