Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak edən bakalavrların orta bal göstəricisi ötən illə müqayisədə azalıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2026-cı ildə magistraturaya qəbul imtahanlarında iştirak edən bakalavrların orta balı (riyazi gözləmə) 45,90 olub. Ötən il isə bu göstərici 48,26 təşkil edib.

Şərhlər