Menu

ABŞ-nin hərbi təyyarəsi həyəcan siqnalı verdi

21.07.2026, 18:04
ABŞ-nin hərbi təyyarəsi həyəcan siqnalı verdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "KC-135T" tipli yanacaqdolduran təyyarə (bort nömrəsi 60-0346) Fars körfəzi üzərindən uçarkən fövqəladə vəziyyət siqnalı (7700 cavabverici kodu) yayımlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "MenchOsint" "X" sosial şəbəkəsində hesabında məlumat paylaşıb.

Mövcud informasiyalara əsasən, hava gəmisi hündürlüyünü azaltmağa başlayıb və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əl-Dafra" aviabazasına doğru istiqamət alıb. Ehtimal olunur ki, təyyarə orada təcili qəza enişi həyata keçirməyə hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol