Menu

Özgür Özel CHP-dən ayrıldı - Yeni partiya qurduqlarını bəyan etdi

21.07.2026, 17:39
Özgür Özel CHP-dən ayrıldı - Yeni partiya qurduqlarını bəyan etdi

Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup rəhbəri Özgür Özel bu gün partiyasının toplantısında sonuncu dəfə kürsüyə çıxıb. O, CHP ilə vidalaşdığını bəyan edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb. Qrup toplantısında çıxış edən Özgür Özel yeni siyasi partiyanın yaradılacağını da bəyan edib.

"Yeni partiyamızı qururuq. Texniki prosedurların ardınca yeni siyasi partiyamızı təsis edirik. Sabah bunun üçün ilk addımı atacağıq. Bu gün bu kürsü ilə vidalaşarkən ana müxalifət partiyasının qrup kürsüsünü qətiyyən tərk etmirik", - deyə o, çıxışında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol