UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.
Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Şərhlər