Menu

Tramp "Hizbullah" rəhbərliyi ilə birbaşa dialoqa hazırdır

21.07.2026, 23:09
Tramp "Hizbullah" rəhbərliyi ilə birbaşa dialoqa hazırdır

ABŞ Prezidenti Donald Tramp, lazım gələrsə, "Hizbullah" hərəkatının rəhbərliyi ilə birbaşa dialoq aparmağa hazır olduğunu bildirib.

"Report" ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə o, Vaşinqtonda Oval kabinetdə Livan Prezidenti Cozef Aunla görüşündə bildirib.

"Əgər Livan Prezidenti mənim "Hizbullah"la danışmağımı istəsəydi, mən bunu edərdim. Yəni bu belə bir ideyadır. Suriya Prezidenti ilə çox yaxşı yola gedirik. O, əla iş görüb. Suriyanı birləşdirə bilib. O, artıq çoxdan "Hizbullah"la mübarizə aparır", - Tramp qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol