Menu

ABŞ-nin Küveytdəki bazası və Bubiyandakı radar kompleksləri məhv edildi - SEPAH hücum edib

22.07.2026, 00:43
ABŞ-nin Küveytdəki bazası və Bubiyandakı radar kompleksləri məhv edildi - SEPAH hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar kompleksləri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri "Nəsr-2" əməliyyatının ikinci mərhələsi çərçivəsində bölgəni düşmən radarlarından təmizləməyə davam edirlər", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu çərçivədə "Əli əs-Salim" bazası yaxınlığında yerləşən bir erkən xəbərdarlıq kompleksi sıradan çıxarılıb: "Eləcə də Küveytin Bubiyan adasındakı digər bir radar sistemi məhv edilib".

Sonda vurğulanıb ki, ABŞ ordusunun İrana hücumları cavabsız qalmayacaq.

Xatırladaq ki, İran ordusu ABŞ-nin İsraildəki yanacaqdolduran təyyarələrinin də hədəf alınacağını istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol