Menu

Əhalidən qanlı qisas aktı: İŞİD-ın “polis” şefinin başını kəsdilər

06.01.2015, 18:36
Əhalidən qanlı qisas aktı: İŞİD-ın “polis” şefinin başını kəsdilər

Suriyanın Deyr əz-Zur rayonunda İŞİD terror qruplaşmasının yüksək çinli komandirinin cəsədi tapılıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya müxalifəti xəbər yayıb.

Cəsəd üzərində ağır işgəncə əlamətlərinin olduğu, başın kəsildiyi deyilir. Müxalifətin məlumatına görə, söhbət İŞİD-in regiondakı “polis rəisi” və eyni zamanda “əmirin müavini” olan bir şəxsdən gedir.

Cəsəd üzərində belə bir yazı olub: “Bu - şərdir”. Kəsilən başın ağına isə siqaret taxılıb.

Mənbənin bildirdiyinə görə, yerli əhali İŞİD-çilərin törətdiyi vəhşiliklərə bu cür qisas aktları ilə cavab verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol