"Xarici təzyiqlərə baxmayaraq, daxili iqtisadiyyatın və onun əsas sektorlarının vəziyyəti sabit qalır".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə iqtisadi məsələlərə həsr olunmuş iclasda deyib.
Putin "yanacaq-enerji kompleksində və iqtisadiyyatın bir sıra digər sektorlarında vəziyyəti gərginləşdirmək üçün xarici cəhdlərdən" danışıb.
Son zamanlar yanacaq böhranından şikayətləri nəzərə alaraq, rusiyalıları sakitləşdirməyə çalışan Rusiya başçısı deyib ki, "yanacaq bazarında yaranan çətinliklər müvəqqətidir və ümumi iqtisadi dinamikaya təsir göstərə bilmir".
Xatırladaq ki, 2024-cü ilin əvvəllərindən başlayaraq, Rusiyanın Avropa hissəsindəki əsas neft emalı zavodlarının demək olar, hamısı Ukrayna tərəfindən hədəfə alınıb. Son aylarda isə bu zərbələr daha da intensivləşib. Bu, müxtəlif hesablamalara görə, Rusiyanın neft email gücünün 1/3-ni sıradan çıxarıb. Nəticədə benzin və dizel yanacağı qıtlığı, eləcə də kəskin qiymət artımı baş verib.
“AzPolitika.info”

Şərhlər