Menu

Krasnodar boğulur - Sakinlərə evdən çıxmamaq tövsiyə edilir + VİDEO

22.07.2026, 21:52
Krasnodar boğulur - Sakinlərə evdən çıxmamaq tövsiyə edilir + VİDEO

“Wildberries” anbarına edilən hücumdan sonra Krasnodarda ekoloji fəlakətə yaxın mənzərə yaranıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, şəhər rəhbərliyi əhalini evdə qalmağa, mümkün qədər açıq havaya çıxmamağa çağırıb. Çünki hava hədsiz dərəcədə çirklənib.

Şəhər sözün əsl mənasında boğulur. Rospotrebnadzorun yerli idarəsi insanlara respirator taxmağı, pəncərələri bağlı saxlamağı, tez-tez təmizlik aparmağı, gözləri, burnu və boğazı yaxalamağı, daha çox maye içməyi, siqaret çəkməməyi və kontakt linzalar taxmamağı tövsiyə edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol