Menu

“Əlində Putinin kitabı vəfat etdi...”-Sirus Təbrizlinin həyat yoldaşından açıqlama

07.09.2013, 20:25
“Əlində Putinin kitabı vəfat etdi...”-Sirus Təbrizlinin həyat yoldaşından açıqlama

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli sentyabrın 7-də Nabranda vəfat edib.“Qafqazinfo” xəbər verir ki, həyat yoldaşı Rəfiqə Təbrizlinin "Azadlıq" radiosuna dediyinə görə, mərhumun səhhəti ilə bağlı heç bir şikayəti olmayıb:"Heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi , gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə... Sonuncu oxuduğu kitab Putin-lə bağlı idi – "Если бы я был русский царь…".

Ölümü ilə də o, heç kimi incitmədi. Mayın 9-da 72 yaşı olacaqdı".

Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol