Menu

Parisdə terror aktının qarşısı alındı – Xüsusi əməliyyat

26.07.2026, 10:08
Parisdə terror aktının qarşısı alındı – Xüsusi əməliyyat

Fransa polisi Paris yaxınlığındakı Sarse kommunasında terror aktı hazırlamaqda şübhəli bilinən altı nəfəri saxlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxslərin hamısına cinayətkar qrup tərkibində quldurluq, həmçinin silahların qanunsuz daşınması və satışı ilə bağlı ittihamlar irəli sürülüb.

Məhkəmə iclasından sonra onlar həbs qətimkan tədbiri ilə həbsdə saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol