Bu gün səhər tezdən Rusiya hakimiyyəti Moskvaya doğru PUA-ların uçduğu barədə məlumat verib.
“AzPolitika” xəbər verir ki, Moskva meri Sergey Sobyanin bununla bağlı sosial mediada məlumat yayımlayıb. Məlumatda deyilir ki, "Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan Ukrayna Silahlı Qüvvələrinə məxsus 81 dronu vurub, təcili yardım xidmətləri dağıntılar yerində işləyir".
RBC-nin məlumatına görə, Vnukovo və Jukovski hava limanlarında məhdudiyyətlər yaranıb.
"Evdə qalın və pəncərələrə yaxınlaşmayın, çöldə və ya nəqliyyat vasitəsindəsinizsə, binada, yeraltı keçiddə və ya dayanacaqda sığının", - Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Monitorinq kanalları Moskva bölgəsinə hücumla bağlı foto və videolar yayımlayır. Məlumata görə, vurulan müəssisələrdən biri Moskva vilyətindəki Çexov Təkrar Emal Zavodudur. “Astra” bildirir ki, zavod dron hücumundan sonra yanır.
"Çexov Təkrar Emal Zavodu işlənmiş avtomobil təkərlərinin təkrar emalı, təkərlərin bərpası, rezin qırıntıları, rezin tozu və müxtəlif rezin məhsulları istehsalı üzrə ixtisaslaşıb. Şirkətin məlumatına görə, o bu sahədə ən böyük Rusiya istehsalçılarından biridir. Təkərlərin təkrar emalı məhsullarından əlavə, şirkət 600-dən çox növ rezin məhsulları istehsal edir", - deyə “Astra” bildirir.
Digər hücuma məruz qalan zavod "Gidrostalkonstruktsiya"dır. Bu zavod əsasən hidromexanik avadanlıqların, metal konstruksiyaların, enerji və su idarəetmə qurğuları üçün məhsulların istehsalı üzrə ixtisaslaşıb. Daha sonra Moskva vilayətinin qubernatoru Andrey Vorobyov həmin zavodda "dron qəzası" nəticəsində yanğının baş verdiyini təsdiqləyib. Qubernator Domodedovo, Podolsk, Ramenskoye və Kolomna üzərində onlarla dron vurulduğunu bildirib.
Monitorinq kanalları həmçinin Moskva vilayətinin Koledino şəhərindəki “Wildberries” anbarına hücum edildiyini bildirir.
“AzPolitika.info”
https://x.com/02042006Afa/status/2081959551834652926?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2081959551834652926%7Ctwgr%5Ed3f96854bec6d8683b7a9cdb2780ebc1879c0bc7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F389432

Şərhlər