AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,88 dollar enərək 47,05 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,15 dollar ucuzlaşaraq 49,95 dollar olub.
Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.
Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.
Yanvarın 6-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 52,75 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, yanvarın 5-də qeydə alınmış qiymətdən 1,06 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.
Təhlilçilər neftin qiymətinin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar: Şimali Amerikada şist neftinin və qazının təchizatı artır, OPEC isə qiymətləri sabitləşdirmək üçün hasilatı azalmaq çağırışlarına qarşı durur

Şərhlər