Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun təyinatı diqqət çəkib. Belə ki, onun müşavirlərindən birinin milliyyətcə rus olması maraq doğurub. Söhbət partiya sədrinin Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri postunu tutan Dmitri Tyurindən gedir.
Məsələ ilə bağlı HƏP-dən "AzPolitika"ya bildirilib ki, sədrin rusəsilli müşaviri Azərbaycan Respublikası vətəndaşıdır. Onun artıq 3 ildir ki, partiyada vəzifə daşıdığı qeyd edilib.

Əli İnsanov 1993–2005-ci illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışıb.
2019-cu ilin noyabr ayında Haqq Ədalət Partiyasının qurulduğunu elan edib. 25 yanvar 2020 tarixində Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya sədri seçilib.
E. Səlimov
"AzPolitika.info"

Şərhlər