Ermənistan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyində olan dəmir yolu şəbəkəsinin icarəsinə görə Rusiyadan ildə 2 milyard dollar tələb edə bilər. 

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

"Hələlik belə bir müzakirə olmayıb, lakin dəmir yolu ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu bizim mülkiyyətimizdir və Ermənistan Respublikası dəmir yolundan özünün məqsədəuyğun bildiyi kimi istifadə etmək imkanına malik olmalıdır. Bu məsələdə tamamilə aydın olmaq istəyirəm, bunun başqa alternativi yoxdur. Ağlabatan müddətdə, lakin sonsuzadək uzanmamaq şərtilə bu məsələ həll olunmalıdır — bunu xüsusilə vurğulayıram. İndi əsasən müxalifət tərəfindən nəyinsə bahalaşa biləcəyi barədə çox danışılır. Lakin bəlli ola bilər ki, 30 il ərzində Ermənistanda pulsuz olan bir şeyə görə Ermənistan 2 milyard dollar tələb etməyə başlasın. Mən dəmir yoluna eyham vurmuram, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur", — deyə baş nazir bildirib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan artıq yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Rusiyaya bel bağlaya bilməz:

"Ölkənin vəd edilən köməyin gəlmədiyi zamanlardan təcrübəsi var. Biz təhlükəsizliyimizi yalnız bir müttəfiq üzərində qura bilmərik. Bu səbəbdən şaxələndirmə yolunu tutmuşuq: Ermənistan Fransa, ABŞ, Çin, Böyük Britaniya və Niderlandla strateji sazişlər imzalayıb. Moskva bunda problem görür. Lakin biz hesab edirik ki, münasibətlər müstəsna xarakter daşımamalıdır — əlaqələr olmalıdır, lakin suverenliyimizin əleyhinə yox. Bəs ölkəyə kömək lazım olan məqamda Rusiya Ermənistanın təhlükəsizliyi üçün nə etdi?", — deyə Paşinyan əlavə edib.

"AzPolitika.info"