Ötən həftə (27-31 iyul) “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri azalıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən “Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə (20-24 iyul) ilə müqayisədə 3.92 ABŞ dolları və ya 3.88 faiz azalaraq 97.09 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində (27-31 iyul) bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 101.87 ABŞ dolları, minimal qiyməti isə 91.22 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 93.12 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin (20-24 iyul) göstəricisindən 3.96 ABŞ dolları və ya 4.08 faiz azdır. Həftə ərzində (27-31 iyul) ən yüksək qiymət bir barel üçün 98.25 ABŞ dolları, ən aşağı qiymət isə 86.89 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə (20-24 iyul) ilə müqayisədə 3.39 ABŞ dolları və ya 5.37 faiz azalaraq bir barel üçün 59.73 ABŞ dolları təşkil edib. Həftə ərzində (27-31 iyul) maksimal qiymət 64.91 ABŞ dolları, minimal qiymət isə 54.02 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 95.32 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə (20-24 iyul) ilə müqayisədə 4.08 ABŞ dolları və ya 4.28 faiz azdır. Həftə ərzində (27-31 iyul) bir barel üçün maksimal qiymət 96.57 ABŞ dolları, minimal qiymət isə 85.74 ABŞ dolları olub.