Menu

"Qəbələ" Artur Mottanı heyətinə qatdı

02.08.2026, 17:31
"Qəbələ" Artur Mottanı heyətinə qatdı

"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.

Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, "qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.

Qeyd edək ki, 24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol