Menu

Sumqayıtda təcili yardımın “103” xəttində nasazlıq

03.08.2026, 14:05
Sumqayıtda təcili yardımın “103” xəttində nasazlıq

Sumqayıtda təcili yardımın "103" qısa nömrəsinə zənglərdə problem yaranıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi sosial media hesabında məlumat paylaşılıb.

Məlumata görə, problem texniki nasazlıqdan qaynaqlanıb:

"Baş vermiş texniki nasazlıq ilə əlaqədar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik müşahidə olunur", - məlumatda vurğulanıb.

Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq xahiş olunur:

(018) 656-03-03

(018) 643-03-20

"Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Problemin aradan qaldırılması istiqamətində müvafiq qurumla koordinasiyalı iş aparılır", - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatında qeyd edilib.

Şərhlər

Ferz 2026-08-03 14:32:09

Necə olur taksi xidmətinə zəng edəndə o dəqiqə həmin təşkilat tərəfindən özləri zəng edib hansı taksinin gələcəyini bildirirlər və bütün bu xidmət qısa zamanda həll edirlər. Amma təcili yardıma zəng edəndə tamamilə əksinə indi də onlara zəng də çatmır. Adını da qoyublar Təcili yardım...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol