Rusiya qoşunlarının Ukraynada bilərəkdən dinc sakinləri hədəf aldığına dair növbəti videogörüntülər yayımlanıb.
“AzPolitika” xəbər verir ki, sosial mediada müzakirələrə səbəb olan yeni görüntünün Ukraynanın nəzarətindəki Xersonda qeydə alındığı bildirilir.
Videodan da göründüyü kimi, Rusiya dron operatoru əylənmək üçün mülki şəxslərdən birini hədəf alır. Onu xeyli qovduqdan sonra dronu mülki şəxsin üzərinə yeridərək partlıadır. Ukrayna mediası hücuma məruz qalan vətəndaşın ağır yaralanmasına baxmayaraq, sağ qaldığını yazıb.
“AzPolitika.info”

Şərhlər