ABŞ İranla beş ay davam edən müharibə ərzində "ATACMS" və "PrSM" quru bazalı yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının "demək olar ki, hamısını" xərcləyib. 

"AzPolitika" bildirir ki, bu barədə "Reuters" agentliyi ABŞ hərbçilərinin daxili məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, ehtiyatların azalması Pentaqonda ABŞ-nin Rusiya və Çinlə potensial qarşıdurma da daxil olmaqla, ehtimal edilən yeni böhranlara hazır olması ilə bağlı narahatlıq yaradır. 

Mənbələr həmçinin iddia edirlər ki, "Patriot" və "THAAD" raketdən müdafiə sistemlərinin tutucu raketləri, eləcə də "Tomahawk" qanadlı raketlərinin ehtiyatları əhəmiyyətli dərəcədə azalıb.

"AzPolitika.info"