Menu

Bakıda çovğun olacaq, qar yağacaq - Proqnoz

07.01.2015, 13:24

hava baki qarBakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi şiddətlənəcək.

Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.

Havanın temperaturu 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru isə 2 dərəcə qədər şaxta olacaq.

Azərbaycanın rayonlarında sabah yağıntılı olacaq , sulu qar və qar yağacaq. Arabir intensivləşəcək.

Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti, dağlarda 8-13 dərəcə şaxta olacaq, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol