ABŞ Müdafiə Nazirliyinin siyasət şöbəsinin rəhbəri Elbrik Kolbi Rusiya və ya Çinlə baş verə biləcək regional müharibə zamanı kiçik mənzilli taktik nüvə silahlarından istifadəni nəzərdə tutan yeni strategiya üzərində işləyir.
"AzPolitika" xəbər verir ki, bu barədə "NBC News" eksklüziv məqaləsində məlumat yayıb.
Kolbi yeni strategiyanı bu gün Nebraskada keçirilən hərbi tədbirdə təqdim edəcək və mövzu ilə bağlı mövqeyini bölüşəcək. Həmçinin onun ölkənin nüvə üçlüyünü, strateji bombardmançı təyyarələrini və sualtı qayıqlarını idarə edən ABŞ Strateji Komandanlığına qapalı səfər edəcəyi bildirilir.
Yeni plan böhran anında ABŞ Prezidentinə təqdim olunan nüvə qisas variantlarını yeniləməyi hədəfləyir. Əsas məqsəd adi çəkindirmə vasitələrinin nüvə müstəvisinə keçməsinin, eləcə də münaqişələrin rəqib tərəfin silahına çevrilməsinin qarşısını almaqdır.
Bu addım Çinin Ukraynadakı müharibədə Moskvaya dəstək verməklə Rusiyadan hərbi təcrübə qazandığına dair iddiaların fonunda atılır. Səlahiyyətlilər daha əvvəl Pentaqonun eyni vaxtda iki əsas nüvə rəqibi — Çin və Rusiya ilə üz-üzə qaldığı barədə xəbərdarlıq etdiyini xatırladır.
"AzPolitika.info"

Şərhlər