Menu

Rusiyanın ən iri NEZ-lərindən biri vuruldu - Yanğın başlayıb + VİDEO

06.08.2026, 09:26
Rusiyanın ən iri NEZ-lərindən biri vuruldu - Yanğın başlayıb + VİDEO

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Yaroslavl vilayətindəki strateji obyektlərə hücum edib.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında və sosial şəbəkələrdə hücumun nəticələrilə bağlı məlumat və videogörüntülər yayımlanıb.

Zərbə endirilən obyektlərdən biri Yaroslavl Neft Emalı Zavodudur. Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev məlumatı təsdiqləyib. O, hava hücumunun nəticələri ilə bağlışərh verməyib, yalnız deyib ki, "təhlükəsizlik səbəbləri ilə Yaroslavldan Moskvaya çıxış yolunda nəqliyyyatın hərəkəti dayandırılıb”.

Yaroslavl Neft Emalı Zavodu (Slavneft-YANOS) ildə təxminən 15 milyon ton xam nefti və neft məhsulları emal edir. O, Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir. Bu müəssisə Rusiya ordusuna yanacaq tədarük edir və xaricə neft məhsulları satır ki, bu da onu Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəfə çevirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol