Menu

Bakıda daha bir intihar cəhdi

07.01.2015, 14:36
Bakıda daha bir intihar cəhdi

Milli Parkda bir nəfər özünü dənizə atıb

Dənizkənarı Milli Parkda bir nəfər intihar etməyə cəhd edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol