Bu gün günorta saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, toqquşan 125 nömrəli və E1 nömrəli xətlərin avtobusları olub. Xəsarət alan olmayıb.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
"Bu gün saat 14:20-də "BakuBus" MMC-nin istismarında olan 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə Zərifə Əliyeva küçəsi, 1 ünvanında kiçik yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, hadisə avtobus dayanacaqda dayandığı zaman baş verib. Qəza ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən müəyyən ediləcək. Hadisədən sonra sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək ehtiyat avtobusa yönləndiriliblər və marşrut üzrə hərəkət qrafiki qısa müddət ərzində bərpa olunub", - deyə məlumatda bildirilib.

Şərhlər