İran nüvə silahı əldə edərsə, bu, bütün dünya üçün fəlakət olacaq.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuatda dərc edilən yeni açıqalmasında deyib.
"Bu halda, bütün dünya məhv olacaq. Bu, təkcə bizim və ya Yaxın Şərq üçün deyil, bütün dünya üçün fəlakət olacaq", - deyə Tramp əlavə edib.
Qeyd edək ki, bundan öncə İsrailin enerji naziri Eli Koen xəbərdarlıq edib ki, Vaşinqton Tehranla sülh razılaşmasına nail olsa belə, İsrail İrana zərbə endirə bilər: "ABŞ və İran razılığa gəlsə belə, İran nüvə proqramını bərpa etmək və ya ballistik raket proqramını inkişaf etdirmək üçün addımlar atsa, biz zərbə endirəcəyik. Biz İsrailin təhlükəsizliyini tam təmin etməyən heç bir razılaşmaya bağlı deyilik. Üç-dörd il ərzində İranın Hörmüz boğazına və Husilərin Bab əl-Məndəbə təhdidinin artıq aktuallığını itirməsini təmin etmək üçün çalışırıq".
“AzPolitika.info”

Şərhlər