İranın ali liderinin hərbi məsələlər üzrə müşaviri Mohsen Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.

Təyinat Məhəmməd Baqer Zolqadrın istefasından sonra baş tutub.

Daha əvvəl İran KİV yazmışdı ki, İranın ali lideri Müctəba Xamenei Məhəmməd Baqer Zolqadrı vəzifəsindən azad etməyi və onun yerinə öz hərbi müşaviri Mohsen Rezaini təyin etməyi planlaşdırır.