ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına qarşı dəniz blokadasının yenidən tətbiq edilməsindən sonra 51 ticarət gəmisinin yönləndirildiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri həyata keçirilən əməliyyatlar çərçivəsində iki gəmini sıradan çıxarıb, iki gəmini isə yoxlayıb.

ABŞ hərbi komandanlığı həmçinin bölgədə fəaliyyət göstərən USS Mason idarəolunan raket esminesinin döyüş məlumat mərkəzində xidmət edən ABŞ dənizçisinin görüntüsünü yayıb. Bildirilib ki, esmines İran limanlarına tətbiq olunan dəniz blokadasını dəstəkləmək məqsədilə region sularında fəaliyyət göstərir.

Daha əvvəl CENTCOM 48 ticarət gəmisinin yönləndirildiyini, iki gəminin sıradan çıxarıldığını və iki gəminin ələ keçirildiyini açıqlamışdı. 

"AzPolitika.info"