Menu

Parisdə satirik jurnala hücum - 10 ölü

07.01.2015, 15:40
Parisdə satirik jurnala hücum - 10 ölü

İki silahlı şəxs Fransanın paytaxtı Paris şəhərində həftəlik satirik nəşrə - Charlie Hebdo jurnala hücum edərək insanları gülləbarana tutublar. Bu barədə Le Figaro qəzeti xəbər yayıb.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, hücumun qurbanlarının dəqiq sayı hələlik məlum deyil. Ouest France agentliyinin verdiyi xəbərə görə, on nəfər ölüb, beş nəfər güllə yarası alıb. Ölənlərin sayının yeddi olduğu barədə də xəbərlər var. Onlardan birinin polis olduğu bildirilir.

Hücumun kimlər tərəfindən və nəyə görə həyata keçirildiyi bilinmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol