İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada generalı Məhəmməd Rza Fəllahzadə deyib.
"Müharibənin ilk günlərində ölkə rəsmiləri müdafiə ehtiyaclarını qarşılamaq üçün Suriya, Şimali Koreya kimi ölkələrə səfər edib və silah gətiriblər", - o bildirib.
SEPAH rəsmisinin sözlərinə görə, hazırda İran ordusu aerokosmik, dəniz, daxili təhlükəsizlik, müasir hərbi texnika və silahların istehsalı sahələrində irəliləyib.
O qeyd edib ki, ölkədə təhlükəsizlik bərqərar olub və əməliyyatlarda yalnız hücumun mənbəyi olan ABŞ bazaları hədəf alınıb.
Fəllahzadə bildirib ki, İsrail İranla yanaşı, HƏMAS və "Hizbullah"ın da tərk-silahına nail ola bilməyib: "Yəmənin "Ənsar Allah" hərəkatı hələ də anti-İsrail müqavimətinin vacib elementlərindən biri olaraq qalır"

Şərhlər