Menu

Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEO

09.08.2026, 15:24
Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEO

Bu gün İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar.

"AzPolitika" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunur.

Kadrlarda Xameneinin dini təhsil alan tələbələrlə birgə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb.

Qeyd edək ki, Müctəba Xamenei, İrana qarşı hərbi əməliyyatın ilk günlərində atası Əli Xameneinin ABŞ-İsrail hava hücumunda ölümündən sonra ictimaiyyət qarşısına çıxmayıb. Martın əvvəlində İranın Ali Lideri seçilməsinə baxmayaraq, bu günə qədər onun görüntüləri yayılmamışdı. Müctəba Xamenei atasının iqamətgahına edilən hava hücumunda yaralanmış və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmamışdı.

"The Times" qəzeti iyulun sonlarında İsrail “Mossad”-ı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranın Ali Liderinin sağ olub-olmadığını və harada ola biləcəyini müəyyən etmək üçün birlikdə izləməyə çalışdığını yazmışdı. Qəzetin qeyd etdiyi kimi, kəşfiyyat dairələrində bəzi şəxslər onun öldüyünü, bəziləri də ağır yaralandığını iddia edirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol